“Qafqazinfo” xəbər verir ki, hər şey “Çelsi”nin baş məşqçisi Joze Mourinyonun “Arsenal”ın çalışdırıcısı Arsen Vengerə söz atması ilə başlayıb. Mourinyo Vengerə “uğursuzluq üzrə profesional” deyə xitab edib. Portuqaliyalı mütəxəssis bu müraciətini belə əsaslandırıb: “Venger uğursuzluq üzrə profesionaldır. Çünki o, 8 ildir ki, kubok qazana bilmir. Mən onun yerində olsam, Londondan gedər və bir daha geri dönməzdim”
Arsen Venger də həmkarınımn ona ünvanladığı sözləri cavabsız qoymayıb. Fransız məşqçi haqqında deyilən sözlərin axmaxlıq və qeyri-etik olduğunu dilə gətirib: “ Mourinyənun mənə dediyi sözlər heç vecimə də deyil. Bu onun tərəfindən axmaqlıq və qeyri-etik bir hərəkətdir. Hər şeydən çox “Çelsi”nin gələcək taleyinə görə çox narahatam”
İqbal
Son xəbərlər
Son Xəbərlər