İki milyondan çox seçici səsini verdi

iki-milyondan-cox-secici-sesini-verdi
Oxunma sayı: 1091

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər respublika üzrə 2 090 589 nəfər səs verib və seçici fəallığı 39,23 faiz olub. 

Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.