“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, evli olan parlamentlə əlaqələr naziri Lahbib Choubani ali təhsil və elmi tədqiqatlar naziri xanım Soumia Benkhaldounu üçün elçiliyə gedib. Ən maraqlısı isə o, elçiliyə hələ də rəsmi nikahda olduğu həyat yoldaşı ilə birgə gedib. Dörd uşağı olan Benkhaldoun isə ötən ay ilk ərindən boşanıb.
Yerli mətbuat iki nazirin “qadağan olunmuş” əlaqələrinin bir il öncə başladığını yazır . Məlumata görə, 52 yaşlı nazir sevgilisi ilə münasibətlərini rəsmiləşdirmək üçün anası və ilk həyat yoldaşını da özü ilə elçiliyə aparıb.
Mərakeşdə ilk dəfə yaşanan bu hal ölkədə geniş müzakirələrə yol açıb. Hər iki nazirin bu əlaqələrinə görə vəzifələrini itirəcəkləri də istisna edilmir.
Son xəbərlər
Son Xəbərlər