İki nazirlik “probka”ya qarşı birləşdi

iki-nazirlik-probkaya-qarsi-birlesdi
Oxunma sayı: 670

“Qafqazinfo” xəbər verir ki, müşavirədə nəqliyyatın mövcud problemləri - paytaxtdakı tıxaclar, onların yaranma səbəbləri, yol-hərəkət qaydalarının pozulması halları və onların qarşısının alınması yolları müzakirə edilib. Nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edərək son zamanlar nəqliyyat-yol kompleksində həyata keçirilmiş iri layihələr, əldə edilmiş nailiyyətlər barədə məlumat vermiş, nəqliyyatda yaranmış problemlər və onların həlli yolları məsələsinə toxunub.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov da paytaxt nəqliyyatında mövcud problemlərdən bəhs etmiş, müvafiq fİkir mübadiləsi aparılıb.

Sonra nəqliyyatdakı problemlərin həlli ilə əlaqədar yaranmış işçi qrupun təklifləri nəzərdən keçirilmiş, baxılması üçün müvafiq orqanlara göndərilib.

Müzakirələr zamanı Nəqliyyat və Daxili İşlər nazirliklərinin birgə fəaliyyət göstərməsi ilə yanaşı, həm də bu cür görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.