Qəzadan sonra mediada ilk olaraq 4 nəfərin öldüyü haqda məlumat yayılsa da, bu gün Fövqəladə Hallar Nazirliyi qəzada 1 nəfərin öldüyünü açıqlayıb. FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, “İVECO” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobilinin toqquşub.
Nəticədə minik avtomobilinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Daha sonra Bakı şəhər Baş Polis İdarəsi sözügedən qəza ilə bağlı məlumat yayıb. Məlumatda isə 4 nəfərin öldüyü açıqlanıb.
İdarədən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 12-i saat 23.40 radələrində, Sabunçu qəsəbəsi Şəhər şossesi küçəsində Bakı şəhər sakinləri - 1961-ci il təvəllüdlü Qabil Ələkbər oğlu Ələkbərovun idarə etdiyi 105 saylı xətt üzrə hərəkət edən “İveko Otoyol” markalı avtobusla 1980-ci il təvəllüdlü Vidadi Söyün oğlu Sərdarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində V.Sərdarov, sərnişinləri - qardaşı, 1988-ci il təvəllüdlü Etibar, 1963-cü il təvəllüdlü İlqar Nizami oğlu Orucov və oğlu 1990-cı il təvəllüdlü Elçin hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ 12-ci PB-də araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər