İki nəfər batma təhlükəsi ilə üzləşdi

iki-nefer-batma-tehlukesi-ile-uzlesdi
Oxunma sayı: 905

Avqustun 9-da batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Goradil” və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.