İki nəfər dəm qazının qurbanı oldu

iki-nefer-dem-qazinin-qurbani-oldu
Oxunma sayı: 2159

Bakı sakini dəm qazından zəhərlənərək vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib. 1973-cü il təvəllüdlü Hilal Əhmədov yaşadığı mənzildə qazdan boğularaq ölüb.

Oxşar hadisə Abşeron rayonu Atyalı yaşayış massivində də qeydə alınıb. 1940-cı il təvəllüdlü Sərxoş Səmədov hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Nizam Rza