İki nəfər kafedə bıçaqlanmış halda tapıldı

iki-nefer-kafede-bicaqlanmis-halda-tapildi
Oxunma sayı: 1470

İyunun 3-də saat 1 radələrində Sabunçu qəsəbəsindəki kafelərdən birinin qarşısından qəsəbə sakinləri A.Göyüşovun və M.Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə Sabunçu RPİ-nin 13-cü PB-nə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, A.Göyüşovun vəziyyəti orta-ağırdır. M.Allahverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.