İki nəfər Kürdə intihara cəhd etdi

iki-nefer-kurde-intihara-cehd-etdi
Oxunma sayı: 1851

Bir gündə iki nəfər intihar məqsədilə özünü Kür çayına atmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 19-da saat 14 radələrində Yevlax şəhər sakini Nüsrət Əliyev özünü Kür çayına atmağa cəhd göstərib. Yevlax rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.

Həmin gün Mingəçevir şəhərində şəhər sakini Elvina Mustafayeva intihar məqsədilə özünü Kür çayına atıb. O, vətəndaşlar tərəfindən xilas edilib.