İki nəfər Pentaqon rəhbəri olmaq istəmədi

iki-nefer-pentaqon-rehberi-olmaq-istemedi
Oxunma sayı: 751

İki nəfər ABŞ prezidenti Donald Trampın Pentaqon rəhbəri olmaq təklifindən imtina edib.

“Qafqazinfo” “Politico” nəşrinə istinadən xəbər verir ki, Ceyms Mettisin istefasından sonra Pentaqona kimin rəhbərlik edəcəyi gündəmdə duran əsas məsələlərdən biridir. Tramp respublikaçı senatorlardan Con Kile və Cek Kilenin namizədliyini irəli sürsə də, onlar bununla razılaşmayıblar.

Prezident eks-senator Cim Uebbin Pentaqona rəhbərlik edəcəyi xəbərlərini isə “yalan” adlandırıb.