“Qafqazinfo”nun xəbərinə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaşlar yatmış vəziyyətdə aşkar edilib və aidiyyatı üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər