İki nəfər zəhərlənib öldü

iki-nefer-zeherlenib-oldu
Oxunma sayı: 1410

Bir gündə iki nəfər zəhərlənmədən ölüb.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, martın 1-də Cəlilabad rayonunun Qarazəncir kəndində yaşayan Yusif Zeynalov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Həmin gün Goranboy rayonunun Nadirkənd kəndində yaşayan Rəmziyyə Ələsgərova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.