Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən 21 yaşlı Orxan Cəfərovun məhkəməsi keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə baxış iclası baş tutub.
İttihama görə, O.Cəfərov qardaşı Vüsal Cəfərovun övladının məktəbə getməsi ilə bağlı keçirilən məclisdə iştirak edib və spirtli içki qəbul edib. Oradan çıxıb evə qayıdarkən yolda Rəvan İsgəndərov və Emil Əhmədovla qarşılaşıb. Onlardan biri Orxanın çiyninə toxunub. Bu səbəbdən mübahisə ediblər və Orxan onların hər ikisini bıçaqlayıb. Sonra isə hadisə yerindən qaçıb.
Zərərçəkmişlər artıq şikayətçi olmadıqlarını və Orxanla barışdıqlarını bildiriblər.
Proses aprelin 4-də davam etdiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər