Sumqayıt şəhərində bir neçə cinayət törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 26-da Zaur Bayramov və Aydın Əliyev bıçaqlanıb. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəsə xəsarət yetirən Ceyhun Əliyev tutulub.
Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 24-də şəhər sakini Ümüd Nəcəfovun idarə etdiyi “Toyota” markalı avtomobilə odlu silahdan (tüfəngdən) atəş açması da müəyyən edilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər