İki nəfəri bıçaqlayıb, birini yumruqladı

iki-neferi-bicaqlayib-birini-yumruqladi
Oxunma sayı: 978

Bakıda 3 nəfərə xəsarət yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.

Aprelin 9-da naməlum şəxs Bakı şəhər sakini Sərrab Bağırova yumruqla, Ehtiram Əmirova və İbrahim Bağırlıya isə bıçaqla xəsarət yetirib.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Eldar Həsənov tutulub.

Murad Əhməd