İki nəfəri bıçaqlayıb öldürdü

iki-neferi-bicaqlayib-oldurdu
Oxunma sayı: 1230

Sabirabad rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mayın 12-də Sabirabad şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Firqət Əliyev münaqişə zəminində həmyerlisi Teymur Sadıqovu, sonradan isə Saatlı rayonunun Sarıcalar kəndi ərazisində digər həmyerlisi Kamran Yaqubovu bıçaqla qətlə yetirib.

F.Əliyev tutulub, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.