Sərxoş vəziyyətdə iki nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən Orxan Cəfərovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, O.Cəfərov kafedə yeyib-içdikdən sonra orada olan Rəvan İsgəndərov və Emil Əhmədovla mübahisə edib. Sonra isə onların hər ikisini bıçaqlayaraq hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən yaralıların həyatını xilas etmək mümkün olub.
O.Cəfərov iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Cəfərov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
O isə hökmlə razılaşmayaraq cəzanın ağır olduğu qənaətinə gəlib və ittihamın daha yüngül maddəyə tövsif edilərək cəzasının yüngülləşdirilməsini istəyib.
İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrliyi ilə baxılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər