İki nəfəri it dişlədi

iki-neferi-it-disledi
Oxunma sayı: 1952

Şəkidə bir azyaşlı olmaqla iki nəfəri sahibsiz it dişləyib.

“Qafqazinfo” xəbər verir ki, Şəki rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, sentyabrın 13-ü günorta saatlarında rayonun Baş Göynük kənd sakini, 1968-ci il təvəllüdlü Şükür Nəsir oğlu Həlsətov və rayonun Öryət kənd sakini, 2003-cü il təvəllüdlü Nihad Rafiq oğlu Rəsulov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.

Həkim müayinəsi zamanı məlum olub ki, sahibsiz it 47 yaşlı Şükür Həlsətovun sol ayağın baldır, 12 yaşlı Nihad Rəsulovun isə sol ayağın topuq nahiyəsindən dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərildikdən və quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.