İki nəfəri maşınla vuraraq öldürdü, qaçdı -

iki-neferi-masinla-vuraraq-oldurdu-qacdi-
Oxunma sayı: 1328


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında Şirvan şəhərində, Heydər Əliyev prospektində VAZ 21011 markalı 24 BC 833 nömrəli avtomobil 2 piyadanı vurub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Şirvan sakini, 2004-cü il təvəllüdlü Dədəyev Rövşən Zaur oğlu və 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı Abdulla Əkər xəstəxanaya çatdırılarkən yolda ölüblər.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir. Hazırda onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

“Qafqazinfo”