İki nəfəri “tok” vurdu, biri öldü - Yenilənib

iki-neferi-tok-vurdu-biri-oldu
Oxunma sayı: 5170

Göyçayda qadını elektrik cərəyanı vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ləkçıplaq kəndində qeydə alınıb.

31 yaşlı Leyla Xadiməsgər yaşadığı evdə ehtiyatsızlıqdan elektik naqilinə toxunub.

O, cərəyanının təsirindən hadisə yerində ölüb.

***

Oxşar hadisə İsmayıllıda da baş verib. Hacıhətəmli kəndində 1973-cü il təvəllüdlü Ceyhun Qubadov kənd ərazisində yerləşən transformatora girib. Bu zaman onu cərəyan vurub və ağırdərəcəli yanıq xəsarətləri alıb.

Onun psixoloji xəstə olduğu bildirilir.