İki nəfərlə əlbəyaxa oldu, iki bıçaq zərbəsi dəydi

iki-neferle-elbeyaxa-oldu-iki-bicaq-zerbesi-deydi
Oxunma sayı: 634

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında qeydə alınıb.

1988-ci il təvəllüdlü Nuriyev İslam Sübhan oğlu iki nəfərlə əlbəyaxa olub və nəticədə onlardan biri ona iki bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsində araşdırma aparılır.