İki ölkə arasında sərhədlərin açılması yenidən uzadıldı

iki-olke-arasinda-serhedlerin-acilmasi-yeniden-uzadildi
Oxunma sayı: 1614

ABŞ və Kanada sərhədlərin açılmasına qoyulan qadağanı iyunun 21-dək uzatmaq barədə razılığa gəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş Naziri Castin Tryudo bildirib. Bundan əvvəl ABŞ Kanada və Meksika ilə sərhədlərin açılma müddətini mayın 20-dək uzatmışdı.

Məhdudiyyətlər səyahəti məcburi olmayan və lazımi sənədləri olmayanlara aiddir. Yük və hava daşımalarına qadağa qoyulmasa da, bərə və dəmir yolu səyahətlərinə, turist səfərlərinə məhdudiyyət qoyulub.