İki ölkə arasındakı yol bu səbəbdən bağlandı

iki-olke-arasindaki-yol-bu-sebebden-baglandi
Oxunma sayı: 3345

Pakistan polisi Çin vətəndaşını həbs edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs Məhəmməd peyğəmbəri təhqir etməkdə şübhəli bilinib.

Onun ölkənin şimal-qərbindəki Xeybər Paxtunxva əyalətində Dasu su elektrik stansiyasının tikintisində işləyən texnik olduğu qeyd olunub.

Bundan sonra su elektrik stansiyasının tikinti meydançasında iğtişaşlar başlayıb.

Yerli sakinlər tikinti şirkətinin əmlakına ziyan vurub. Pakistan və Çini birləşdirən strateji əhəmiyyətli, yüksək hündürlükdə yerləşən Qarakoram yolu bağlanıb.