İki ölkə prezindenti Bakıya gələcək

iki-olke-prezindenti-bakiya-gelecek
Oxunma sayı: 1223

Xəbər verdiyimiz kimi, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.

"Qafqazinfo"nun məlumatına görə, forumda iştirak etmək üçün Maltanın prezidenti Mari-Luiz Koleyro Preka və Makedoniyanın  prezidenti George İvanov Bakıya gələcək.

Qeyd edək ki, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulub. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.