İki ölkə “Şanxay”a qoşuldu

iki-olke-sanxaya-qosuldu
Oxunma sayı: 1133

Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Daşkənddə keçirilən sammitdə hər iki ölkə təşkilata qoşulmaq haqqında memorandum imzalayıb. Bildirilir ki, Hindistan və Pakistanın ŞƏT-ə qəbul proseduru 2015-ci ildən başlayıb. Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə qurulan siyasi tərəfdaşlıq birliyidir.

Təşkilata Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.

Daha əvvəl Hindistan və Pakistan müşahidəçi ölkələr sırasında olub.

Aysel Kərimova