Rusiya ilə Monqolustan sərhədində 6,5 maqnitudalı zəlzələ olub.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Zəlzələnin episentri Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərindən 227 kilometr cənubi-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Son xəbərlər
Son Xəbərlər