İki övlad atası özünü öldürdü -

iki-ovlad-atasi-ozunu-oldurdu-
Oxunma sayı: 1000


“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə avqustun 29-u günorta saatlarında Şəki şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Akif Bəlyar oğlu Salmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki çardaqda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

Onun intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

“Qafqazinfo”