DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 30-da saat 18.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsində qəsəbə sakini Yolağa Ağamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Elizadə Hüseynovanı, Gülbahar Cabbarovanı və onun qızı Nahidəni vurub.
Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, Nahidə orada ölüb.
Aprelin 26-da Xırdalan şəhərində Bakı şəhər sakini Qurban Maqsudov idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən həmyerliləri Bikə Mehdiyevanı və onun nəvəsi Orxan Mehdiyevi vurub.
Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib. O.Mehdiyev aprelin 30-da orada ölüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər