İki piyada qadın vuruldu – - Biri öldü

iki-piyada-qadin-vuruldu-
Oxunma sayı: 1125


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 6-da saat 16 radələrində A.Mustafayev küçəsində baş verib.

Bakı şəhər sakini Arif Qasımov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakinləri Həqiqət Bayramovanı və Limunə Nəsirovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən H.Bayramova orada ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd

“Qafqazinfo”