Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza mayın 28-də saat 23 radələrində şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Şəhər sakini E.Həsənov idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən həmyerliləri Dmitriy Çikunovu və X.Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş D.Çikunov orada ölüb, X.Məmmədovun vəziyyəti orta-ağırdır.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər