İki piyadanı vurdu, biri öldü

iki-piyadani-vurdu-biri-oldu
Oxunma sayı: 1415

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 14-də saat 9 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini O.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakinləri S.Qaybalıyevi və Xəyyam Hümbətovu vurub.

Nəticədə hər 2 piyada xəstəxanaya yerləşdirilib, X.Hümbətov orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.