İki plastik əməliyyat keçirdi

iki-plastik-emeliyyat-kecirdi
Oxunma sayı: 7087

Müğənni Mənzurə Musayeva plastik əməliyyat etdirib.

“Qafqazinfo”nun axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda "Star life" verilişinə açıqlamasında deyib. O, bir yox, bədəninin bir neçə hissəsində plastik müdaxilə olunduğunu vurğulayıb:

“Çənəmin altındakı sallanma aradan qaldırılıb. Daha sonra liposaksiya edilib və qarnımdakı sallantılar aradan qaldırılıb. Əslində görünüşümdən narazı deyiləm. Amma bəzi şeylər var ki, onları aradan qaldırmaq istəyirəm. Bunu da gizlətmirəm”.