İki polis qəzaya düşdü – - Biri ağır yaralandı

iki-polis-qezaya-dusdu-
Oxunma sayı: 1842


“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nizami rayonu, Q.Qarayev prospektində bir neçə gün öncə baş verən qəzada 3 nəfər yaralanıb.

DİN Baş Mühafizə İdarəsinin “Azərneftyağ” Neft Emalı Zavodunun Mühafizə Şöbəsinin manqa komandiri serjant, 1986-cı il təvəllüdlü Oqtay Ələsgərovun idarə etdiyi Vaz-2107 markalı avtomobillə Bakı sakini 1964-cü il təvəllüdlü Şahin İsmayılovun idarə etdiyi Nissan markalı maşın toqquşub.

Hadisə nəticəsində serjantın sərnişinləri “Azneftyağ”ın Mühafizə Şöbəsinin polisi 1985-ci il təvəllüdlü Razim Şirinov, 1991-ci il təvəllüdlü Anar Yusifov və onun qardaşı 1994-cü il təvəllüdlü Elnur xəsarət alıb.

Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Polis R.Şirinovun vəziyyəti ilkin olaraq orta ağır kimi qiymətləndirilib.

Murad Əhməd