İki qadın güləşçimiz bürünc medal uğrunda yarışacaq - Yenilənib

iki-qadin-gulescimiz-burunc-medal-ugrunda-yarisacaq
Oxunma sayı: 2687

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatında qadın güləşçilər mübarizəyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın iki idmançısı da yarışa start verəcək.

50 kq-da Türkan Nəsirova təsnifat mərhələsində yerli idmançı Şimonetta Şekerlə qarşılaşacaq.

59 kq-da Alyona Kolesnik isə A qrupunda Elif Yanik və Elene Heykeni məğlub edib yarımfinala adlamağa çalışacaq.

***

Milli komandamızın üzvü Türkan Nəsirova (50 kq) təsnifat mərhələsində macarıstanlı Şimonetta Şekerlə gərgin keçən görüşdən qalib ayrılıb - 3:2.

Təmsilçimiz dörddəbir finalda Avropa çempionu Miqlena Selişkayla üz-üzə gəlib. Bu qarşılaşmada Bolqarıstan idmançısına məğlub olan T.Nəsirova üçüncü yer uğrunda görüşdə polşalı Anna Lukasyakla güləşəcək.

Çempionatda 59 kiloqram çəki dərəcəsində iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçimiz Alyona Kolesnik ilk turda türkiyəli Elif Yanıkla qarşılaşıb. Millimizin üzvü ikinci hissədə "tuşe" ilə qələbə qazanıb.

A.Kolesnik qrupda növbəti və sonuncu görüşündə almaniyalı Elena Brüggerə də "tuşe" ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Finalın 1 addımlığında polşalı Yovita Vrjesyenə 1:3 hesabı ilə məğlub olan təmsilçimiz bürünc medal uğrunda görüşdə yenidən E.Brüggerlə mübarizə aparacaq.

Qeyd edək ki, medal görüşləri martın 31-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.