İki qardaş adam öldürüb Azərbaycana qaçdı, tutuldu

iki-qardas-adam-oldurub-azerbaycana-qacdi-tutuldu
Oxunma sayı: 649

Rusiyada cinayətkar kimi axtarışa verilən iki qardaş Azərbaycanda tutulub.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Nazirliyin Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olanlar Dağıstan Əzimov və qardaşı Rəfayel tutulublar.