İki qardaş bıçaqlandı

iki-qardas-bicaqlandi
Oxunma sayı: 1735


“Qafqazinfo” Anspress-ə isinadən xəbər verir ki, hadisə rayonun Qara Qarayev prospekti Metronun “Nefçilər” stansiyasının yaxınlığındakı “Maklerlər parkı” kimi tanınan ərazidə baş verib. Belə ki, 32 yaşlı Fail Malik oğlu Rəhimov və qardaşı 24 yaşlı Baladadaş müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına müraciət ediblər. Onlardan Baladadaş Rəhimova döş qəfəsinin kəsilmiş-deşilmiş yarası qardaşı Failə isə başın alın nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Hər iki xəstə əməliyyat olunub. 

Faktla bağlı dərhal Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Məlum olub ki, qardaşları aralarında yaranan mübahisə zamanı öz tanışları vurub. Faktla bağlı cinayət işi başlanıb. Hazırda polis əməkdaşları şübhəli şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.