İki qardaş bıçaqlandı

iki-qardas-bicaqlandi
Oxunma sayı: 1179

Cəlilabad rayonunda iki qardaş bıçaqlanıb.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, yanvarın 5-də Cəlilabad rayonunun Eçara kəndində kənd sakini Elşad Nəsirov münaqişə zəminində hənkəndliləri Rasim Rəfiyevə və onun qardaşı Səyyara bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.

Cəlilabad RPŞ tərəfindən hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılır.