"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü İlqar və 1993-cü il təvəllüdlü Şadnan Zakir oğlu Əsgərovlar Lənkəran çayının Lənkəran şəhəri, Vələdi kəndi ərazisindən keçən hissəsində, nəzarət olunmayan ərazidə balıq tutarkən batıblar.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. Saat 06:05-də İ. Əsgərovun və Ş. Əsgərovun cəsədləri batdığı yerdən, təxminən, 6 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər