İki qardaş dayısını döyərək xəstəxanalıq etdi

iki-qardas-dayisini-doyerek-xestexanaliq-etdi
Oxunma sayı: 2099

Şamaxıda ailə münaqişəsi zəminində 1 nəfər ağır xəsarət alıb.

“Qafqazinfo”nun "Report"a istinadən məlumatına görə, hadisə Qarəvəlli kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Zahir Umbay oğlu Zahidov bacısının iki oğlu tərəfindən döyülüb. O, yaxınları tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı ilkin tibbi yardımdan sonra xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.