İki qardaş güllələndi - Göygöldə

iki-qardas-gullelendi
Oxunma sayı: 2294

Göygöl rayonunda silahlı insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a Göygöl Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, rayon sakini 43 yaşlı Namiq İmanov qonşusu İlyas Abbasov və onun qardaşını güllələyib. Güllələnən qardaşlar xəstəxanaya yerləşdirilib. N.İmanov saxlanılıb, ondan ov tüfəngi götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, N.İmanovun atdığı güllələrdən biri zərərçəkənlərin atını da yaralayıb.