İki qardaşı bıçaqlayan şəxs tutuldu

iki-qardasi-bicaqlayan-sexs-tutuldu
Oxunma sayı: 2134

Gəncə şəhərində iki qardaşı bıçaqlayan şəxs saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, dünən axşam saatlarında 1992-ci il təvəllüdlü Abbasov Xaləddin və onun qardaşı, 1990-cı il təvəllüdlü Abbasov Niyazi bıçaqlanıb.

Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, bu gün tutularaq istintaqa təhvil verilib. Onun 1992-ci il təvəllüdlü Ruslan Məmmədzadə olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.