“İki qaşı çatmaqla aktyor olmur!”

“İki qaşı çatmaqla aktyor olmur!”
Oxunma sayı: 5101

Özbəkistanda keçirilən XIV Daşkənd Beynəlxalq Film Festivalında Türkiyə kinosu günündə pərdəarxası qalmaqal yaşanıb.

Bu barədə “Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir.

İddiaya görə, Burak Özçivit və Nurgül Yeşilçay mükafatlandırma mərasiminə qatılan digər türk aktyorlarla eyni səhnəyə çıxmaq istəməyiblər. Ustad sənətkar Serdar Gökhan bu anların şahidi olub.

2. Sayfa” proqramına telefonla bağlanan Gökhan çox danışılacaq açıqlamalar verib: “Bu dostların niyyətlərini başa düşə bilmədik, bütün aktyorların kefi pozuldu. Sonra söz-söhbət çıxdı ki, mən qısqanırmışam. Mən onun nəyini qısqanım. Qısqanılacaq nələri var ki qısqanım. Nurgül Yeşilçay üçün bir şey demirəm, amma o kişi dost üçün deyirəm ki, əvvəlcə məktəbdə aktyorluğu öyrənsin, sonra səhnəyə çıxsın. İki qaşı çatmaqla aktyor olmur! Bizim Mədəniyyət Nazirliyimiz vasitəsilə getdiyimiz tədbirdə yanımıza gəlib oturmalıdırlar”.

Sənətkar aktyorla daha əvvəl aralarında heç bir şeyin yaşanmadığını deyib: “O tiplərlə işim olmaz. Burak Özçiviti tanımıram. Bir dəfə “Diriliş” layihəsində Mehmet bəyin otağında görmüşəm, bu qədər”.