İki qızıl medal qazandıq

iki-qizil-medal-qazandiq
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, turnirin ilk günündə mübarizə aparan sərbəst güləş yığmamız 2 qızıl və 2 bürünc medal qazanıb. Əlli kiloqram çəkidə mübarizə aparan Məmmədhüseyn Həsənov ardıcıl olaraq erməni, ukraynalı və alman güləşçilərini sıradan çıxararaq komandamıza bürünc medal qazandırıb. Növbəti gümüş medalı isə komandamıza 69 kq çəkidə mübarizə aparan Şamil Sadullayev qazandırıb. Elçin Məmmədov 58 kq-da, Pərviz Axundov isə 85 kq-da bütün rəqiblərindən üstün olaraq qızıl medala sahib olub.

Bu gün isə, yeniyetmələrin Avropa çempionatında digər 5 çəki dərəcəsində sərbəst güləş yarışları keçiriləcək.
Sərbəst güləş yarışlarında ölkəmizi komandanın böyük məşqçiləri Vahid Məmmədov və Siracuddin Eldarov, məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında Sadıq Sadıqov (42 kq), Ruslan Qasımov (46 kq), Məmmədhüseyn Həsənov (50 kq), Pərviz İbrahimov (54 kq), Elçin Məmmədov (58 kq), Hacımurad Ömərov (63 kq), Şamil Sadullayev (69 kq), Orxan Şərifov (76 kq), Pərviz Axundov (85 kq) və Ruslan Hacıyev (100 kq) təmsil edir.