İki qurum arasında Razılaşma Memorandumu imzalandı - Azərbaycanda

iki-qurum-arasinda-razilasma-memorandumu-imzalandi
Oxunma sayı: 1607

Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərclərinin icrasına dövlət və ictimai nəzarətin gücləndirilməsi, dövlət vəsaitlərinin qənaətli, səmərəli və nəticəli istifadəsinin təmin edilməsinə töhfə verilməsi, məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin edilməsı və alternativ informasiya mənbəyinin yaradılması məqsədilə Hesablama Palatası və İqtisadiyyat Nazirliyi arasında Razılaşma Memorandumu imzalanıb.

Hesablama Palatasından "Qafqazinfo"ya daxil olan məlumata görə, "Azərbaycan Respublikası Hesablama Palatasının 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı" çərçivəsində imzalanmış bu memorandum qanunvericiliklə Hesablama Palatasına və İqtisadiyyat Nazirliyinə həvalə edilmiş funksiyaların yerinə yetirilməsi zamanı fəaliyyətin koordinasiyasını təşkil etməklə vəzifələrin səmərəli şəkildə icrası istiqamətində əməkdaşlığı təmin edəcək.