İki rayonda qaz olmayacaq

iki-rayonda-qaz-olmayacaq
Oxunma sayı: 2211

Aprelin 25-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Qafqazinfo"ya daxil olan məlumata görə, təmir müddətində Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.