İki rayonda yanğın baş verdi -

iki-rayonda-yangin-bas-verdi-
Oxunma sayı: 782


“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nefçala rayonunun Xoltəzəkənd kəndində 8 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunub.

Agdaş rayonunun Tofiqi kəndində isə həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının bir hissəsi yanıb. 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

“Qafqazinfo”