Göygöldə iki kəndi birləşdirən dəmir körpünü oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, rayonun Çaylı kəndi ilə Goranboyun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri - İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxlər dəmir körpünü satmaq məqsədi ilə oğurladıqlarını etiraf ediblər. Şübhəli şəxslər istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər
Son Xəbərlər