İki saata 670 min seçici səs verib - Video

iki-saata-670-min-secici-ses-verib
Oxunma sayı: 2222

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 10:00-a olan ilkin seçici fəallığını açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a qədər respublika üzrə 670086 nəfər səs verib və seçici fəallığı 12,57 faiz olub.

Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

Günel Türksoy

Nuran Məmmədov