İki saata gələn 100 mindən çox “dislike”ı gizlətdi - Video

iki-saata-gelen-100-minden-cox-dislikei-gizletdi
Oxunma sayı: 3772

Ötən gün Türkiyənin gənc pop ulduzu Aleyna Tilki “Yalan” adlı klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, layihənin rejissoru, mahnının müəllifi Aleynanın özüdür.

Musiqinin aranjimanı isə Ozan Çolakoğluna məxsusdur. “Netd Müzik” yutub platformasında paylaşılan kliplə yanaşı mahnı da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, müğənninin yeni işi tənqidlərə məruz qalıb.

Hətta dünən iki saata 200 mindən çox baxış toplayan klip yutubda 100 mindən çox insan tərəfindən “dislike” qazanıb.

Aleynanın komandası bunun qarşısını almaq üçün kanalda olan “like” və “dislike” sayını gizlədib.

Hazırda 1 milyon 200 mindən çox baxış toplayan layihədə 19 minə yaxın şərh yazılıb.