İki şahmatçımız dünya çempionatında iştirak edəcək

iki-sahmatcimiz-dunya-cempionatinda-istirak-edecek
Oxunma sayı: 1228

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmə şahmatçılar arasında  rapid və blits üzrə dünya birinciliyinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, mötəbər yarışda Azərbaycan 2 şahmatçıyla təmsil olunur. Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaq.

Qeyd edək ki, İsveçrə sistemiylə təşkil edilən yarış 9 turdan ibarət olacaq.